• çərşənbə axşamı, 19 mart, 11:30
  • Baku Bakı 8°C

ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq

17.08.19 15:30 930
ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq
ABŞ və Gürcüstan arasında üç il müddətinə hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq.AZƏRTACGürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın Tbilisidəki yeni hərbi attaşesi, polkovnik Stefani Beqli ilə keçirdiyi görüşdən sonra Gürcüstanın Müdafiə naziri Levan İzoriya bəyan edib. Gürcü nazir qeyd edib ki, yaxın illərdə onun rəhbərlik etdiyi nazirlik amerikalı həmkarları ilə əməkdaşlığı daha da gücləndirəcək və bu, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə kömək edəcək.
ABŞ-ın Gürcüstandakı səfirliyində keçirilən görüşdə fəaliyyətini başa vurmuş sabiq hərbi attaşe Cefri Hartsmana ölkə Prezidenti adından "Şərəf” medalı və xatirə hədiyyəsi təqdim olunub.
Qeyd olunur ki, hazırda 2018—2020-ci illər üçün ABŞ hərbi mütəxəssislərinin 9 gürcü batalyonunun təlimi proqramı həyata keçirilir. Bundan başqa, Pentaqon bu ölkəyə "Javelin” tankəleyhinə sistemlər və M-240 pulemyotları da satır. Levan İzoria bildirib ki, Gürcüstan yaxın vaxtlarda ABŞ-dan "Stinger” zenit-raket kompleksi də alacaq.

banner

Oxşar Xəbərlər