• çərşənbə, 24 Aprel, 06:58
  • Baku Bakı 13°C

ABŞ Suriya əməliyyatlarında “İncirlik“dən istifadə edə bilər

26.08.13 09:58 1454
ABŞ Suriya əməliyyatlarında “İncirlik“dən istifadə edə bilər
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır.
Bildirilir ki, İncirlik bazasının istifadə olunması avqustun 30-da İordaniyada 11 ölkənin yüksək hərbi komandanlığının toplantısında müzakirəyə çıxarılacaq.
Həmçinin qəzet yazır ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən gün ABŞ-ın baş katibi Con Kerri ilə növbəti telefon danışığını aparıb. Söhbət zamanı qeyd olunub ki, Rusiya və Çin yenidən BMT Təhlükəsizlik Şurasının qərarını boykot edərsə, Suriyadakı qanlı qarşıdurmanın qarşısının alınmasında digər vasitələrə əl atılacaq.
Qeyd edək ki, Suriyada növbəti qarşıdurma avqustun 21-də qeydə alınıb. Bir sıra KİV-lərin bildirdiyinə görə, Suriya hökuməti Dəməşq ətrafında kimyəvi silahdan istifadə edib. Avqustun 21-də qeydə alınan qarşıdurmada rəsmi məlumatlara görə, 600 nəfər ölüb. Müxalifət mənbələrinin məlumatına görə, isə ölənlərin sayı 1300 nəfər olub.
banner

Oxşar Xəbərlər