• çərşənbə, 24 Aprel, 16:16
  • Baku Bakı 27°C

ABŞ son 20 ildə müharibələrə 6 trilyon dollar xərcləyib

15.11.18 15:00 454
ABŞ son 20 ildə müharibələrə 6 trilyon dollar xərcləyib
Birləşmiş Ştatlar son 20 ildə hərbi əməliyyatlara 5,9 trilyon dollar xərcləyib. Həmin müharibələrdə təxminən yarım milyon insan həlak olub.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Braun Universitetinin professoru Neta Kroufordun apardığı tədqiqatın nəticələrində yer alıb. Həmin vəsaitə Pentaqonun sərf etdiyi puldan əlavə Dövlət Departamentinin müharibə ilə bağlı xərcləri, müharibə veteranlarına ayrılan vəsait, kreditlərin faizi və digər xərclər də daxildir.
Universitetin saytında dərc olunan məruzədə Əfqanıstan, İraq, Suriya və digər ölkələrdə müharibələr nəticəsində 480 mindən çox insanın, o cümlədən 244 min dinc sakinin öldüyü, 10 milyondan artıq insanın isə evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir. Hətta hərbi əməliyyatların 2023-cü ildə bitəcəyi halda xərclərin ümumi məbləğinin borclar üzrə faizlər də nəzərə alınmaqla, azı 6,7 trilyon dolları ötəcəyi qeyd olunur.
Xatırladaq ki, 2018-ci ilin martında Pentaqon 11 sentyabr terror hücumundan bəri ABŞ-ın müharibələrə 1,5 trilyon xərclədiyini bildirmişdi. Lakin tədqiqatçıların fikrincə, bu rəqəm xərclənən vəsaitin yalnız bir hissəsini təşkil edir.
banner

Oxşar Xəbərlər