ABŞ Senatı Blinkeni Dövlət katibi vəzifəsinə təsdiqləyib
ABŞ Konqresinin Senatı Entoni Blinkenin Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
APAxəbər verir ki, səsvermə canlı olaraq ABŞ qanunverici orqanının yuxarı palatasının rəsmi saytında yayımlanıb.
78 senator 58 yaşlı Blinkenin lehinə, 22 senator isə əleyhinə səs verib. Onun yaxın günlərdə and içəcəyi bildirilib.