ABŞ Səfirliyi “FilmAkt Festivalı”nı maliyyələşdirib

"FilmAkt Qısametrajlı Sənədli Film” Festivalının
bağlanış mərasimi 5 fevral tarixində "Ləndmark” otelində keçirilib. Həmin
tədbirdə dəyərli layihələr arasından seçilmiş qalib filmlər mükafatlandırılıb.
Festivalın ən yüksək prizini Pərviz Məcidov, Elnur
Musayev və Gülnar Əskərinin "Alzheimer” filmi qazandı,
2-ci yeri Sərxan Nəciyev, Gulər Rzayeva və Saray Cəlilova tərəfindən kəçilmiş
"Plus 1”
filmi, 3-cü yeri isə Günay Nəsirova, Vüsal Mehdizadə, Minarə Kərimova və Bəxşeyiş
Rəhimov tərəfindən hazırlanmış "Tələ” filmi qazandı.
Bu filmlərdə gender əsaslı ayrıseçkilik, əlillərin
haqları, əqli sağlamlıq kimi vacib mövzular əks olunub.
Üç günlük tədbir ABŞ-n Azərbaycandakı Səfirliyinin
və "Baki İdeaLab”ın maliyyə dəstəyi ilə "Y-PEER Azerbaijan" təşkilatı
tərəfindən həyata keçirilib. Bu layihə gənclərə yaradıcı şəkildə film çəkmək
bacarıqlarını təkmilləşdirmək, sosial şəbəkələşmə və icma quruculuğu qabiliyyətlərini
artırmaq imkanı vermiş, səsi eşidilməyənlərin səslərini insanlara çatdırmaqla
öz icmalarına töhfə vermək üçün gəncləri gücləndirmişdir.
"Y-PEER Azərbaycan” şəbəkəsinin mütəxəssisləri
Bərdə, Balakən və Bakıda yaşayan 45 gəncə 2018-ci ilin sentyabr-noyabr
aylarında təlimlər keçiblər. Təlim iştirakçıları qazandıqları yeni təcrübədən
bəhrələnərək işə başlayıb, plan tərtib edib və 10 film çəkiblər.
Sabunçu və Xəzər Gənclər Evi, "ABŞ Təhsilli
Azərbaycan Məzunları Assosiyasiyası” və "Ləndmark” otel də "FilmAkt
Festivalı”na dəstək göstəriblər.
Ətraflı
məlumatı "Y-PEER Azerbaijan” təşkilatının feysbuk səhifəsindən əldə edə
bilərsiniz:


