• cümə, 26 Aprel, 22:58
  • Baku Bakı 22°C

ABŞ Səfirliyi Azərbaycan Regionlarında Gənc Məcburi Köçkünlərin Bacarıqlarını Gücləndirir

31.01.18 17:11 488
ABŞ Səfirliyi Azərbaycan Regionlarında Gənc Məcburi Köçkünlərin Bacarıqlarını Gücləndirir
ABŞ Səfirliyinin nümayəndələri Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən "Vətəndaş Cəmiyyətində İştirak üçün Gənc Məcburi Köçkünlərin Bacarıqlarının Gücləndirilməsi" layihəsinin başa çatmasını qeyd edib. 2017-ci ilin noyabr ayında başlanan layihə kiçik icma layihələrində və teatr səhnələrində iştirak edən Tərtər, Bərdə və Ağdam rayonları üzrə 75-dən çox gənc məcburi köçkünü cəlb edib. Layihələr sosial məsələlər - narkotiklərdən istifadəyə qarşı və ətraf mühitin qorunması ilə bağlı ictimai məlumatlılığı, gənclərin peşə və həyat təcrübələrini artırmaqla bərabər məcburi köçkünlərin istedadlarını nümayiş etdirdi. Teatr səhnələri hər üç bölgə icmalarına müraciət edərək, cəmiyyətdə gender əsaslı zorakılıqların qarşısının alınması, cəmiyyətdə zorakılığın və ekstremizmin aradan qaldırılması və sülh quruculuğuna yönəlib.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə bir qrup beynəlxalq jurnalist tərəfindən təsis edilmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. Fond Media Böhranının idarə edilməsi, sülhməramlı fəaliyyət, münaqişələrin həlli, qaçqınlar / məcburi köçkünlərin inkişafı və icmanın inkişafı kimi məsələlərlə məşğul olur. ABŞ səfirliyi 2017-ci ildə cəbhə bölgələrində məcburi köçkün cəmiyyətlərinin digər iki layihəsini dəstəkləyib: Tərtər, Ağcabədi, Ağdam və Beyləqan şəhərlərində qadınlara qarşı zorakılığa dair məlumatlılığın artırılması və Bərdə, Tərtər və Ağdamda gənc məcburi köçkünlər üçün kommunikasiya, liderlik və multimediya bacarıqları üzrə təlimlər təşkil edib.
banner

Oxşar Xəbərlər