• cümə axşamı, 28 mart, 22:14
  • Baku Bakı 13°C

ABŞ səfiri İlham Əliyevin namizədliyinə və Milli Şuraya münasibət bildirib

08.06.13 10:20 1665
ABŞ səfiri İlham Əliyevin namizədliyinə və Milli Şuraya münasibət bildirib
“Öncə onu deməliyəm ki, mənim Milli Şura ilə bağlı konkret fikrim yoxdur. Bu, həmin təşkilatlara üzv olanların işidir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Milli Şuranın yaradılmasına münasibət bildirərkən deyib.
Səfir əlavə edib ki, prosesin necə inkişaf edəcəyi maraqlı olacaq.
YAP-ın dünən keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı suala cavab verən R.Morninqstar deyib ki, kimin namizədliyinin irəli sürülməsi YAP-ın öz işidir: “Mən ümid edirəm ki, Azərbaycanda ədalətli seçkilər olacaq və insanlar istədikləri namizədi seçə biləcəklər”.
banner

Oxşar Xəbərlər