AZE | RUS | ENG |

ABŞ səfiri: Azərbaycan gömrüyü bir uğur hekayəsidir

ABŞ səfiri: Azərbaycan gömrüyü bir uğur hekayəsidir
Azərbaycan gömrüyü bir uğur hekayəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Azərbaycan gömrüyü ilə bağlı fikirlərini bölüşərkən deyib.
O bildirib ki, strateji müttəfiq kimi ABŞ hökuməti Azərbaycanla əməkdaşlığa çox böyük önəm verir, Səfir iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlərin, eləcə də ölkələrimizin gömrük qurumlarının əməkdaşlığının hazırkı durumundan razılığını ifadə edib.
"Azərbaycan gömrüyü bir uğur hekayəsidir”, – deyə sözünə davam edən amerikalı diplomat ölkəmizin gömrük sistemində həyata keçirilən islahatlardan, şəffaflığın təmin edilməsi, ticarətin asanlaşdırılması, qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, beynəlxalq tranzitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, qısa müddətdə əldə edilən bu uğurları yüksək qiymətləndirib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989