• cümə axşamı, 25 aprel, 20:11
  • Baku Bakı 21°C

ABŞ qlobal miqrasiya müqaviləsinə qoşulmaqdan imtina edib

03.12.17 13:45 2449
ABŞ qlobal miqrasiya müqaviləsinə qoşulmaqdan imtina edib
"ABŞ 2018-ci ildə qəbul edilməsi planlaşdırılan miqrasiya ilə bağlı qlobal müqavilənin iştirakçısı olmayacaq, çünki bu, ölkənin maraqlarına cavab vermir".
"Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəliyi açıqlayıb.
"Bu gün [şənbə günü] ABŞ-ınBMTyanında daimi nümayəndəliyi qurumun baş katibini Birləşmiş Ştatların qlobal miqrasiya müqaviləsində öz iştirakını dayandırdığı barədə məlumatlandırıb", - deyə nümayəndəliyin məlumatında bildirilir.
Diplomatik missiyadan qeyd ediblər ki, ABŞ 2016-cı ildə müqavilənin hazırlanması prosesinə qatılmaq barədə razılığa prezident postunu demokrat Barak Obama tutduğu zaman gəlib. Amerika tərəfi onun zamanında 2016-cı il 19 sentyabr tarixində qəbul edilmiş Nyu-York bəyannaməsinə də qoşulub. Bəyannamədə BMT-nin 193 ölkəsinin hamısı 2018-ci ildə qaçqınlara qarşı tədbirlər və miqrasiya axınının idarə olunması ilə bağlı iki qlobal sazişi qəbul etmək barədə öhdəlik götürüb.
"Nyu-York bəyannaməsində miqrasiya və qaçqınlar sahəsində ABŞ siyasətinə, həmçinin Tramp administrasiyasının prinsiplərinə uyğun olmayan bir çox müddəa var", - deyə sənəddə bildirilir.
banner

Oxşar Xəbərlər