AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ Minsk qrupundakı həmsədrini dəyişdi

ABŞ Minsk qrupundakı həmsədrini dəyişdi

Siyasət
24 Dekabr 2012, 08:48 1533
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni müvəqqəti həmsədri məlum olub.

Səfir Robert Bradtke keçən həftə ATƏT-in Minsk qrupunun həmsədri kimi öz vəzifəsini başa çatdırıb. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Dekabrın 21-də qərara alınıb ki, səfir Yan Kelli ABŞ-ın Minsk qrupunda yeni həmsədr təyin olunana qədər bu vəzifəni müvəqqəti icra edəcək.

ABŞ Dövlət Departamenti səfir Bradtkeyə üç ildən çox müddət ərzində həmsədr vəzifəsini icra etdiyinə görə öz minnətdarlığı bildirib və gələcək işində uğurlar arzulayıb.

"ABŞ həmsədr ölkə kimi Dağlıq-Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunmasında öz dəstəyini göstərməsinə sadiq qalır" səfirliyin məlumatında deyilir.