• cümə axşamı, 18 aprel, 19:05
  • Baku Bakı 21°C

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə aydınlıq gətirib

26.01.18 22:20 473
ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə aydınlıq gətirib
Rusiya və Ukraynanın bir sıra vətəndaşlarına qarşı yeni ABŞ sanksiyaları Minsk sazişinin tam icrası üçün təzyiq göstərməkməqsədi daşıyır.

APA-nın "RT”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.

"ABŞ hökuməti Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanması və Minsk sazişini pozmağa çalışanların müəyyən edilməsi siyasətinə sadiqdir", deyə nazir bildirib.

Onun sözlərinə görə, yeni qərar Rusiyaya qarşı sanksiya təzyiqi barədə öhdəliyin tərkib hissəsidir.
banner

Oxşar Xəbərlər