AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ kosmosda rəqabətin sürətlə artdığını bildirib

ABŞ kosmosda rəqabətin sürətlə artdığını bildirib

Təfsilat
05 Dekabr 2021, 10:40 126

"Kosmosda rəqabət sürətlə böyüyür”.
"Report” xəbər verir ki, bunu Prezident Ronald Reyqan Fondunun təşkil etdiyi forumda çıxış edən ABŞ Kosmik Qüvvələrinin komandanı general Con Raymond bəyan edib.
Onun sözlərinə görə, ABŞ-ın kosmosda əsas rəqibləri Çin və Rusiyadır.
General onu da qeyd edib ki, 2019-cu ildə ABŞ Kosmik Qüvvələri yaradılandan bəri Yer kürəsinin orbitində fəaliyyət göstərən aktiv peyklərin sayı 2 dəfə artaraq, demək olar ki, 5 minə çatıb.
Eyni zamanda, cihazların özləri də kiçilir və daha səmərəli olur.