• çərşənbə axşamı, 16 aprel, 14:54
  • Baku Bakı 19°C

ABŞ iyunda dünyanın ən böyük neft ixracatçısı olub

14.09.19 15:15 598
ABŞ iyunda dünyanın ən böyük neft ixracatçısı olub
ABŞ iyunda neft ixracının həcminə görə Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyada lider olub.
AZƏRTACxəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, ABŞ-da sürətlə artan şist nefti hasilatı ölkənin neft ixracatına da müsbət təsir göstərir. "OPEC plus” sazişi üzrə Səudiyyə Ərəbistanının neft hasilatı və ixracatında isə azalma qeydə alınır.
İyunda ABŞ-ın neft ixracı gündəlik 9 milyon barrelə çatıb. Ölkədə sürətlə inşa edilən neft boru kəmərləri və terminalların Birləşmiş Ştatların neft ixracatını artıracağı proqnozlaşdırılır.
Lakin iyul və avqust aylarında baş verən qasırğalar ABŞ-ın neft ixracına mənfi təsir göstərib, Səudiyyə Ərəbistanı isə həmin aylarda yenidə dünyanın ən böyük neft ixracatçısı mövqeyinə yüksəlib.
banner

Oxşar Xəbərlər