• cümə, 29 Mart, 18:37
  • Baku Bakı 14°C

ABŞ İrandan neft alan 8 ölkəyə müvəqqəti güzəşti ləğv edə bilər

22.04.19 16:30 512
ABŞ İrandan neft alan 8 ölkəyə müvəqqəti güzəşti ləğv edə bilər
ABŞ İrandan neft idxal edən 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana tətbiq olunan müvəqqəti güzəşti ləğv edə bilər.
AZƏRTACxəbər verir ki, bu barədə aparıcı KİV-lər məlumat yayıb.
Bu xəbərlərdən sonra dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb. Belə ki, "Brent” və "Light”ın qiyməti son 6 ayın maksimumuna yüksəlib.
"Bloomberg”in xəbərinə görə isə, ABŞ rəhbərliyi İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayacaq.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən ilin noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunacaq.
ABŞ Prezidenti Donald Tramp keçən il mayın 8-də isə ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb. Sanksiyalar İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.
banner

Oxşar Xəbərlər