bazar, 11 Iyun, 02:04

Baku Bakı 23°C

ABŞ institutu: “Rusiya qoşunları hücumla bağlı prioriteti dəyişib”

icon 302 icon 23 mart 2023 | 15:10 ABŞ institutu: “Rusiya qoşunları hücumla bağlı prioriteti dəyişib”

“Rusiya ordusu Ukrayna ərazisində hücum əməliyyatları ilə bağlı prioriteti ciddi şəkildə dəyişib”.

Kaspi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

“Rusiya ordusu Baxmut yaxınlığında hücum əməliyyatını əhəmiyyətli dərəcədə ləngidib və əvəzində səylərini digər istiqamətlərə, xüsusən də Avdeyevka bölgəsinə yönəldib”, - ABŞ institutunun ekspertləri hesab edirlər.

Bildirilib ki, Rusiya qoşunları indi Avdeyevkanı mühasirəyə almaq üçün bu yaşayış məntəqəsi ətrafında hücum əməliyyatlarının sürətini artırır.