cümə axşamı, 02 fevral, 00:02

Baku Bakı 6°C

ABŞ institutu: “İran Rusiyaya ballistik raketlər göndərə bilər”

icon 285 icon 26 noyabr 2022 | 10:30 ABŞ institutu: “İran Rusiyaya ballistik raketlər göndərə bilər”

“İran Rusiyaya ballistik raketlər tədarük edə bilər”.

Kaspi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov bildirib ki, Ukrayna öz ərazisində İranın istənilən mövcudluğunu hədəf alacaq: “Amma bu təhdid, çox güman, İranı Rusiyanı yüksəkdəqiqlikli silah sistemləri ilə təmin etməkdən çəkindirməyəcək. Danilov, həmçinin Ukrayna ərazisində İranın hərbi məsləhətçilərinin öldürüldüyünü təsdiqləyib. O bu barədə “The Guradian” nəşrinə müsahibəsində deyib. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi oktyabrın 20-də elan edib ki, Kımda iranlı hərbçilər var”.

ABŞ analitiklərinin fikrincə, Rusiyada növbəti dəfə səfərbərliyin elan olunacağı istisna deyil: “Vaqner” muzdlu qrupunun maliyyəçisi Yevgeni Priqojin və Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov həm hərbi vəziyyətin, həm də ümumi səfərbərliyin tərəfdarıdırlar. Amma Kreml nümayəndələrinin əksəriyyəti buna qarşı çıxıb. Kremlin mətbuat katibi Dmitri Peskov noyabrın 25-də bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin ölkədə ümumi səfərbərlik elan etməyi nəzərdə tutmur”.

Məlumata görə, səfərbərlik başlayandan bəri ən azı 300 000 əmək qabiliyyətli şəxs Rusiyanı tərk edib. (Report)