• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

ABŞ Çinə qarşı rüsumları uzun müddət saxlamaq niyyətindədir

21.03.19 14:30 450
ABŞ Çinə qarşı rüsumları uzun müddət saxlamaq niyyətindədir
ABŞ prezidentiDonald Trampbildirib ki, Vaşinqton Çinə qarşı ticarət rüsumlarını ləğv etmək məsələsini deyil, onları "əhəmiyyətli bir dövr ərzində" saxlamağı nəzərdən keçirir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Trampın fikrincə, rüsumlar Birləşmiş Ştatlara Pekinlə danışıqlarda köməklik göstərir.
"Biz sanksiyaların ləğvindən danışmırıq. Biz onları əhəmiyyətli bir müddət ərzində saxlamağı düşünürük, çünki biz əmin olmalıyıq ki, saziş bağlayacağımız təqdirdə, Çin onlara riayət edəcək", - deyə Tramp bildirib.
O əlavə edib ki, Çin ilə ticarət sövdələşməsi barədə danışıqlar "yaxşı" irəliləyir.
banner

Oxşar Xəbərlər