• cümə, 26 Aprel, 20:08
  • Baku Bakı 22°C

ABŞ-ın üç ştatının qubernatorları Trampı məhkəməyə verəcək

27.01.18 10:15 372
ABŞ-ın üç ştatının qubernatorları Trampı məhkəməyə verəcək
Nyu-York, Nyu-Cersi və Konnektikut ştatlarının qubernatorları vergi islahatı ilə əlaqədar ABŞ prezidenti Donald Trampı məhkəməyə vermək niyyətindədirlər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York ştatının qubernatoru Endryu Kuomonun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Məlumata əsasən, vergi qanunvericiliyində dəyişikliklər edildikdən sonra adıçəkilən ştatların sakinləri bir sıra vergi imtiyazlarını itirəcəklər. E.Kuomonun hesablamalarına görə, təkcə Nyu-York ştatının sakinlərinə 14 milyard dollar məbləğində ziyan dəyəcək.

Ötən ilin dekabrında Trampın təklifi ilə ABŞ Konqresinin hər iki palatası sahibkarlıq və fiziki şəxslər üçün vergi dərəcəsinin azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qəbul olunan dəyişiklik ABŞ-da son 30 ildə ən irimiqyaslı vergi islahatıdır. Belə ki, şirkətlər üçün hazırda 35% təşkil edən vergi dərəcəsi 2018-ci ildən etibarən 21%-ə endirilib.
banner

Oxşar Xəbərlər