• cümə axşamı, 25 aprel, 20:52
  • Baku Bakı 21°C

ABŞ-ın Ordu Naziri "Taliban"la razılaşmanı siyasi həllin ilk addımı adlandırıb

15.02.20 10:45 1042
ABŞ-ın Ordu Naziri "Taliban"la razılaşmanı siyasi həllin ilk addımı adlandırıb
ABŞ hakimiyyəti və radikal "Taliban" hərəkatının nümayəndələri tərəfindən Əfqanıstanda "zorakılıq səviyyəsini azaltmaq" barədə razılaşma siyasi həll yolunda ilk addımdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Ordu Naziri Rayan Makkarti Vaşinqtonda Milli nəşriyyat klubunda çıxışı zamanı bildirib.
ABŞ rəsmilərinin sözlərinə görə, nizamalamalar "çox tezliklə" qüvvəyə minə bilər. Danışıqlar mövzularından birinin ölkənin gələcək siyasi quruluşu olacağı gözlənilir. Razılaşmalar həmçinin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına şərait yarada bilər.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqton və "Taliban" arasında tezliklə sövdələşmənin elan edilə biləcəyini söyləyib. Amerika lideri əlavə edib ki, ABŞ Əfqanıstandan "hərbiçilərini vətənə qaytarmaq istəyir".
banner

Oxşar Xəbərlər