AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ-ın nüfuzlu qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazdı

ABŞ-ın nüfuzlu qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazdı

Siyasət
06 May 2013, 09:38 1592
Mayın 3-də Konqres üzvləri arasında xüsusi nüfuza malik "Roll Call" qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müəllifi olduğu, Kəlbəcərin işğalı ilə əlaqədar qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbulunun 20 illiyinə həsr olunmuş məqalə dərc edilib. Bu barədə Trend-ə bazar ertəsi səfirlikdən bildirilib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bütövlükdə Avrasiya regionunda sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə edilir. Münaqişənin həllini tapacağı təqdirdə, Cənubi Qafqaz regionunun daha da inkişafı və çiçəklənməsi baxımından əvəzsiz və illərdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından itirilmiş imkanlar açılacağı qeyd olunur.

Bu xüsusda, BMT TŞ-nin qəbul etdiyi qətnamələrin gec də olsa yerinə yetirilməsinin regionda beynəlxalq hüququn prinsiplərinə hörmət baxımından uğurlu presedent rolunu oynayacağı bildirilir.