• cümə axşamı, 25 aprel, 09:29
  • Baku Bakı 14°C

ABŞ-ın neft ehtiyatları 477 milyon barrelə çatır

23.05.19 13:15 695
ABŞ-ın neft ehtiyatları 477 milyon barrelə çatır
Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 4,7 milyon barrel (1 faiz) artaraq 476,8 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 5,4 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə 1,1 milyon barrel azalaraq 644,8 milyon barrelə düşüb.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 3,7 milyon barrel (1,7 faiz) artaraq 228,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,1 milyon barrel azalmışdı.
banner

Oxşar Xəbərlər