• şənbə, 20 Aprel, 01:01
  • Baku Bakı 15°C

ABŞ-ın gündəlik neft hasilatı 12 milyon barrel səviyyədədir

18.04.19 14:00 503
ABŞ-ın gündəlik neft hasilatı 12 milyon barrel səviyyədədir
Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 106 min barrel azalaraq gündəlik 12,1 milyon barrel olub. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib. Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 6 min barrel, digər ştatlarda isə 100 min barrel geriləyib.
Ölkədə gündəlik neftin istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda isə 12,2 milyon barrelə yüksəlib. Beləliklə də Birləşmiş Ştatların gündəlik neft hasilatında son 64 həftənin 15-də azalma qeydə alınıb.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 607 min barrel azalaraq gündəlik 5,99 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 52 min barrel artaraq sutkada 2,4 milyon barrel olub.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,1 milyon barrel təşkil edəcək.
banner

Oxşar Xəbərlər