• çərşənbə, 24 Aprel, 03:38
  • Baku Bakı 14°C

ABŞ-ın Dövlət katibi Özbəkistana səfər edəcək

27.01.20 12:45 1544
ABŞ-ın Dövlət katibi Özbəkistana səfər edəcək
ABŞ-ın Dövlət katibi Maykl Pompeo fevralın-2-3-də Özbəkistanda səfərdə olacaq.
AZƏRTACÖzbəkistan mətbuatına istinadla xəbər verir ki, səfər müddətində Maykl Pompeo Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə və Xarici işlər naziri Əbdüləziz Kamilovla görüşəcək. Dövlət katibi Daşkənddə "Mərkəzi Asiya-ABŞ” ("C5+1”) formatında keçiriləcək nazirlərin görüşündə də iştirak edəcək.
Məlumata görə, tədbirdə Maykl Pompeo ABŞ-ın Mərkəzi Asiya üzrə yeni strategiyasına müvafiq olaraq bu ölkələrə dəstəyini təsdiq edəcək.
Görüşə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirləri qatılacaq.
banner

Oxşar Xəbərlər