• cümə, 29 Mart, 14:50
  • Baku Bakı 14°C

ABŞ-ın dövlət katibi Türkiyəyə "S-400" sazişindən məyusluğunu bildirib

21.07.19 09:45 16928
ABŞ-ın dövlət katibi Türkiyəyə "S-400" sazişindən məyusluğunu bildirib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, onlar Rusiyanın Ankaraya S-400 zenit-raket komplekslərinin tədarükü, Türkiyənin F-35 yeni qırıcı təyyarələrinin istehsalı proqramında iştirakı məsələlərini, həmçinin Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.
Mayk Pompeo Mövlud Çavuşoğlu ilə söhbətində Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması üzrə sazişdən məyus olduğunu bildirib.
"Dövlət katibi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından məyusluğunu ifadə edib", - məlumatda qeyd edilir.
Qeyd edək ki, Rusiyanın S-400 sistemlərinin Türkiyəyə tədarükü başlanandan sonra Türkiyəni F-35 proqramından xaric etməsi barədə qərar qəbul edilib. Ankaranın sözügedən proqramda iştirakı 2020-ci ilin mart ayınadək başa çatacaq.
banner

Oxşar Xəbərlər