• cümə axşamı, 28 mart, 21:32
  • Baku Bakı 13°C

ABŞ-ın dövlət borcu 22 trilyon dolları keçib

13.02.19 14:00 492
ABŞ-ın dövlət borcu 22 trilyon dolları keçib
ABŞ Maliyyə Nazirliyinin 2019-cu ilin fevralınadək olan məlumatına görə, Birləşmiş Ştatların dövlət borcu 22 milyard dolları keçib.
AZƏRTAC"USA Today” nəşrinə istinadla xəbər verir ki, fevral ayının ilk on günündə dövlət borcu 90 milyard artaraq 22,012 trilyon dolara çatıb. Son on bir ay ərzində isə bu rəqəm 1 trilyon dollaradək artıb.
Nəşrin yazdığına görə, Prezident Donald Trampın dövründə ötən il keçirilən və ABŞ dövlət büdcəsinə 1,5 trilyon dollara başa gələn vergi islahatları, həmçinin müdafiə xərclərinin artması nəticəsində dövlət borcu görünməmiş sürətlə artır.
Bundan əvvəl bildirilib ki, 2018-ci maliyyə ilində ABŞ dövlət büdcəsinin kəsiri 17 faiz artaraq 779 milyard dollara çatıb. Bu rəqəmin 2020-ci ildə 1 trilyona çatacağı ehtimal olunur. Eyni zamanda, hökumətin xərclərinin nəzarət olunmaması fonunda dövlət borcunun sürətli artım tendensiyası da davam edir.
banner

Oxşar Xəbərlər