bazar, 11 Iyun, 02:17

Baku Bakı 23°C

ABŞ hipersəs raketinin "AGM-183A" modelini sınaqdan keçirib

icon 208 icon 25 mart 2023 | 15:30 ABŞ hipersəs raketinin "AGM-183A" modelini sınaqdan keçirib

ABŞ Hərbi Hava Qüvvələri bu ay hipersəs raketinin "AGM-183A" modelini sınaqdan keçirib.

Trend xəbər verir ki, bu barədə "Defense News" portalı məlumat yayıb.

Məlumata əsasən, martın 13-də ABŞ-ın Kaliforniya ştatında bu hipersəs qanadlı raketin prototipinin ikinci sınaq buraxılışı baş tutub. Raketin buraxılması qitələrarası strateji bombardmançı "B-52H Stratofortress" tərəfindən həyata keçirilib.

Eyni zamanda, portal sınaqların uğurlu olub-olmaması barədə məlumat vermir. ABŞ Hərbi Hava Qüvvələrindən bildirilib ki, "onlar bəzi məqsədlərə nail olublar".

Digər təfərrüatlar barədə məlumat verilmir.