• cümə, 19 Aprel, 13:02
  • Baku Bakı 25°C

ABŞ dollarının möhkəmlənməsi qızılın ucuzlaşmasına səbəb olub

10.01.22 13:59 495
ABŞ dollarının möhkəmlənməsi qızılın ucuzlaşmasına səbəb olub

Dünya birjasında qızıl möhkəmlənən ABŞ dollarının təzyiqi altında ucuzlaşıb.
"Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex” birjasında qızılın fevral fyuçersləri0,3%və ya5,35ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası1 791,95ABŞ dollarına satılıb. Gümüşün mart fyuçersləri isə0,44%ucuzlaşaraq, 1 unsiyası22,31ABŞ dolları səviyyəsinə düşüb.
Dəyərli metallar bazarında müşahidə olunan mənfi dinamikanın səbəbkarı olan ABŞ dollarının indeksi0,22% artaraq,95,93bənd səviyyəsinə çatıb.
Analitiklərin proqnozlarına görə, qızılın 1 unsiyasının qiyməti1 800ABŞ dollarından yuxarı qalxmayacaq.
banner

Oxşar Xəbərlər