AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ Dohada taliblərlə danışıqları bərpa edib

ABŞ Dohada taliblərlə danışıqları bərpa edib

Təfsilat
07 Dekabr 2019, 17:15 380
ABŞ nümayəndələri Qətərin paytaxtı Dohada "Taliban” hərəkatının təmsilçiləri ilə danışıqları bərpa edib.
AZƏRTAC TOLO News telekanalına istinadla xəbər verir ki, danışıqların əsas mövzusu Əfqanıstanda tərəflərarası danışıqların başlamasına və atəşkəsə gətirib çıxaracaq miqyaslı zorakılığın azaldılması yolları olacaq.
Bir qədər əvvəl ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın taliblərlə danışıqları bərpa etmək üçün dekabrın 3-də Qətərə getdiyi barədə məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp noyabrın 28-də Əfqanıstana elan olunmamış səfəri zamanı "Taliban” hərəkatının Vaşinqtonla sülh sazişi imzalamaq istədiyini deyib. O, həmçinin Birləşmiş Ştatların Əfqanıstan ərazisindəki hərbi kontingentinin sayını 8,6 min nəfərə qədər azaldacağını bildirib.
Xatırladaq ki, ABŞ "Taliban” hərəkatı ilə sülh danışıqlarına 2018-ci ilin payızında başlayıb. Rəsmi Kabil danışıqlardan kənarda qalıb və yalnız onun nəticələri barədə məlumatlandırılıb. Danışıqların 9 raundunun nəticələrinə əsasən, Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad sülh barədə razılaşmada irəliləyiş əldə olunduğunu bildirib. Lakin sonradan ABŞ Prezidenti Donald Tramp Əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə "Taliban” liderləri arasında Kemp-Deviddəki iqamətgahında gizli hazırlanan görüşünün ləğv olunduğunu və taliblərlə danışıqların dayandırıldığını elan edib.