• çərşənbə, 17 Aprel, 03:21
  • Baku Bakı 14°C

ABŞ-dakı Çin səfirliyinin iki əməkdaşı deportasiya edilib

16.12.19 09:22 395
ABŞ-dakı Çin səfirliyinin iki əməkdaşı deportasiya edilib
Çinin Vaşinqtondakı səfirliyinin iki əməkdaşı deportasiya edilib.
APA"New York Times” qəzetinə istinadən xəbər verir ki, rəsmi Vaşinqton səfirlik əməkdaşlarının ABŞ-ın Vircinya ştatındakı gizli hərbi bazasına kəşfiyyat məqsədilə daxil olduqlarına görə belə bir addım atıb.
Nəşrin yazdığına görə, həyat yoldaşları ilə birlikdə sözügedən əraziyə daxil olan çinlilərə xəbərdarlıq edilsə də, onlar buna məhəl qoymayıb. Elə bu səbəbdən də yerli hakimiyyət orqanları sentyabr ayında səfirlik əməkdaşlarını ölkədən deportasiya edib.
Qeyd edək ki, oxşar hadisə 1987-ci ildə də baş verib. O zaman da Cinin səfirlik əməkdaşları ABŞ-dan çıxarılmışdı.
banner

Oxşar Xəbərlər