• cümə axşamı, 28 mart, 16:35
  • Baku Bakı 16°C

ABŞ-dakı aktiv qazma qurğularının sayı artır

17.11.18 17:30 603
ABŞ-dakı aktiv qazma qurğularının sayı artır
ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd artaraq 1082 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 167 ədəd çoxalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd çoxalaraq 888 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 150 ədəd artıb.
Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 194 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd çoxalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər