çərşənbə axşamı, 09 avqust, 11:59

Baku Bakı 25°C

ABŞ-da yüzlərlə aviareys ləğv edilib

icon 180 icon 03 iyul 2022 | 11:30 ABŞ-da yüzlərlə aviareys ləğv edilib

ABŞ-da 600-ə yaxın daxili və beynəlxalq reys ləğv edilib və 2 500-dən çox reys gecikir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, uçuşların ləğvinə səbəb aviaşirkətlərin işçi çatışmazlığı ilə bağlıdır.

"Third Bridge" konsaltinq şirkətinin analitikləri hesab edirlər ki, ABŞ aviasiyasında hazırda pandemiyadan əvvəlki dövrlə müqayisədə təxminən 15% az işçi çalışır. Bununla yanaşı, pilot çatışmazlığı bütün aviasiya sənayesində ən aktual problemdir.