ABŞ-da yaşamadığı üçün babası sevinir
"Nyukasl”ın
amerikalı futbolçusu Deandre Yedlin Corc Floydun polislər tərəfindən öldürülməsinə
münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Floyd öləndən sonra Yedlinin babası ona məktub yazıb. O, nəvəsinin
ABŞ-da yaşamadığına görə sevindiyini bildirib:
"Corx Floydun
ölümündən 2-3 gün sonra babam mənə məktub yazdı. Məktubda bildirirdi ki, mənim
hazırda ABŞ-da yaşamadığıma görə sevinir. Babam yazır ki, gənc qaradərilinin həyatı
ABŞ-da həmişə təhlükədədir.
Babam 1946-cı
ildə anadan olub. İnsan haqları uğrunda mübarizə aparıb. ABŞ-da ağlasığmaz
rasist dönəmini görüb.
İndi 70
yaşı var, amma yenə də qaradərili nəvəsinin
həyatı üçün narahatdır. Baxmayaraq ki, onun nəvəsi bu ölkədə doğulub, bu ölkənin
milli komandasının şərəfini qoruyub. Hətta İngiltərədə çıxış edərkən də ABŞ-ı təmsil
edib.
İbtidai məktəbdə
oxuyarkən işlətdiyimiz "hamı üçün azadlıq və ədalət” sözlərini xatırlayıram. Hər
bir amerikalı özünə bu sualı verməlidir: "Azadlıq və ədalət hamı üçün var?”
Əgər kimsə bu
suala "var” cavabı verəcəksə, deməli, həmin adam da problemin bir hissəsidir.
Biz heç vaxt qaradərili insanı ağdərilidən üstün tutmuruq. Biz deyirik ki,
hamıya eyni münasibət göstərilsin.
Mən Corc Floydun
ailəsi, polis vəhşiliyi ucbatından həyatını itirən digər günahsız insanların
yaxınları ilə həmrəyəm”.