AZE | RUS | ENG |

ABŞ-da üç il anasının meyiti ilə eyni evdə yaşayan qadın həbs edilib

ABŞ-da üç il anasının meyiti ilə eyni evdə yaşayan qadın həbs edilib
Birləşmiş Ştatların Texas ştatında üç il anasının meyiti ilə eyni evdə yaşayan qadın həbs edilib.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, ştatın polis idarəsinin sözçüsü adının açıqlanmadığı 47 yaşlı qadının anası və qızı ilə birlikdə yaşadığını, 71 yaşında anasının 2016-cı ildə yıxılaraq yaralandığını bildirib. Lakin yaşlı insan ölümcül zədə almasına baxmayaraq xəstəxanaya aparılmayıb və polisə xəbər verilməyib. Bir neçə gün sonra yatağında vəfat edən bu insana heç bir tibbi yardım göstərilməyib. Onun cəsədi qonşu otaqda üç il ərzində qalıb və ailə öz normal həyatını davam etdirib.
Evdəki 15 yaşlı qızın həddi-buluğa çatmadığı və ona ağır mənəvi travma yetirilməsi səbəbindən polis həbs olunan qadına qarşı cinayət işi açıb. Təqsiri sübut olunacağı təqdirdə onu 20 il həbs cəzası və 10 min dollar cərimə gözləyir. Yeniyetmə qız isə qohumlarının himayəsinə verilib.
Polisin məlumatında bildirilib ki, ölən yaşlı qadın məhəllədə hörmət qazanmış bir insan olub və 35 il ərzində məktəblərin birində katibə işləyib. O, təqaüdə çıxdıqdan sonra da işləməyə davam edib və idman yarışları üçün bilet satıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006