• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

ABŞ-da şist nefti istehsalı rekord səviyyəyə çatıb

18.12.18 12:53 483
ABŞ-da şist nefti istehsalı rekord səviyyəyə çatıb
ABŞ-da şist nefti hasilatı rekord səviyyəyə çatıb.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, dekabrda ölkənin ən məhsuldar 7 şist nefti hövzəsində istehsal əvvəlki ayla müqayisədə gündəlik orta hesabla 2,5 faiz artaraq 8,03 milyon barrel olmaqla rekord səviyyəyə yüksəlib.
EIA-ya görə, bu hasilat səviyyəsi gələn ay da 1,7 faiz artaraq sutkalıq 8,17 milyon barrel olacaq və yeni rekord təşkil edəcək.
Ekspertlər hesab edirlər ki, ABŞ-da şist nefti istehsalının artması qlobal neft bazarında tədarükün çoxalmasına və qiymətin aşağı düşməsinə səbəb olacaq.
Qeyd edək ki, ötən həftə ABŞ-ın neft hasilatı sutkada 11,6 milyon barrel olub. Bu, ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
EIA-nın noyabr ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,9 milyon barrel, gələn il isə 12,1 milyon barrel təşkil edəcək.
banner

Oxşar Xəbərlər