AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ-da Respublikaçılar partiyasının seçkiqabağı qurultayı təxirə salınmayacaq

ABŞ-da Respublikaçılar partiyasının seçkiqabağı qurultayı təxirə salınmayacaq

Təfsilat
05 Aprel 2020, 19:15 303
Koronavirus pandemiyasına baxmayaraq, ABŞ-da Donald Trampın yeni müddətə prezident postuna namizədliyinin irəli sürüləcəyi Respublikaçılar partiyasının seçkiöncəsi qurultayı təxirə salınmayacaq.
 
AZƏRTAC xəbər verir ki, bunu ABŞ prezidenti şənbə günü Ağ evdə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
"Bizim ehtiyat planımız yoxdur. Qurultay avqustun sonlarında baş tutmalıdır. Düşünürəm ki, o vaxta qədər bizdə hər şey yaxşı olacaq. Qurultay Şimali Karolina ştatının Şarlott şəhərində keçiriləcək”, - deyə Donald Tramp bildirib.
 
Respublikaçılar partiyasının milli qurultayı avqustun 24-27-nə planlaşdırılıb. Donald Tramp artıq prezident seçkilərində iştirak etmək üçün nümayəndələrin yetərincə səsini toplayıb. ABŞ-da prezident seçkiləri noyabrın 3-də baş tutmalıdır.