AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ-da məktəbdə silahlı insident zamanı 15 yaşlı şagird ölüb

ABŞ-da məktəbdə silahlı insident zamanı 15 yaşlı şagird ölüb

Təfsilat
02 Mart 2021, 10:00 260
ABŞ-ın Arkanzas ştatındakı məktəblərdən birində silahlı insident olub.
 
APA "Associated Press”ə istinadən xəbər verir ki, Payn Blaff şəhərində baş verən hadisə zamanı 15 yaşlı yeniyetmə yaralanıb. 
O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
 
Bildirilib ki, şagirdlərindən biri fasilə zamanı silahdan atəş açaraq hadisə yerindən qaçmağa cəhd edib. Polis əməkdaşları onu saxlamağa müvəffəq olub. 
Polis hadisənin başvermə səbəblərini araşdırır.