• çərşənbə, 24 Aprel, 12:40
  • Baku Bakı 27°C

ABŞ-da koronavirusa yoluxma sayı 21 milyonu ötüb

06.01.21 10:00 350
ABŞ-da koronavirusa yoluxma sayı 21 milyonu ötüb
ABŞ-da indiyədək yeni növ koronavirusa 21 036 174 yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 357 067-yə çatıb.
APAxəbər verir ki, belə bir məlumatı federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti təqdim edilib.
Ən çox yoluxma Kaliforniya (2,45 milyon), Texas (1,82 milyon), Florida (1,37 milyon), Nyu-York (1 milyon) və İllinoys (984 min) ştatlarında qeydə alınıb.
ABŞ koronavirusa yoluxma və bu virusdan ölüm sayına görə dünyada birinci yerdədir.
Son məlumatlara görə, ABŞ-ın üç ştatında – Kaliforniya, Kolorado və Florida – koronavirusun mutasiyaya uğramış ("Britaniya” variantı) yeni növünün daşıyıcıları da aşkar edilib. Ekspertlər bu növ virusun 70% daha çox yoluxucu ola biləcəyi qənaətindədir.

banner

Oxşar Xəbərlər