ABŞ-da etirazlar davam edir, polis idarəsi yandırıldı
ABŞ-da Corc Floyd adlı qaradərili vətəndaşın polis
tərəfindən boğularaq öldürülməsindən sonra Minneapolis ştatında başlayan
etirazlar davam edir.
Etirazların üçüncü günündə aksiyaçılar polis idarəsinə
daxil olaraq, orada yanğın törədiblər. Polis isə aksiya iştirakçılarını
gözyaşardıcı qaz və rezin güllələrlə ərazidən uzaqlaşdıra bilib.
Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən
Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun
boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də,
polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya
çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis onun xəstəlikdən öldüyünü açıqlasa da,
videodan görünür ki, şübhəli, asayiş keşikçisinin tətbiq etdiyi zorakılıq nəticəsində
həyatını itirib.