• cümə, 29 Mart, 10:45
  • Baku Bakı 5°C

ABŞ-da 799 aktiv qazma qurğusu fəaliyyət göstərir

14.12.19 14:00 701
ABŞ-da 799 aktiv qazma qurğusu fəaliyyət göstərir
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı dəyişməyib.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı dəyişməyərək 799 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 272 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı isə 4 ədəd artaraq 667 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 206 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı 4 ədəd azalaraq 129 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 59 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
banner

Oxşar Xəbərlər