• çərşənbə axşamı, 16 aprel, 10:51
  • Baku Bakı 14°C

ABŞ COVID-19 ilə mübarizə üçün Azərbaycana vəsait ayırdı

20.05.20 12:15 647
ABŞ COVID-19 ilə mübarizə üçün Azərbaycana vəsait ayırdı
ABŞ Azərbaycana koronavirusla mübarizə üçün tibbi və humanitar yardım şəklində, təxminən,3,6 milyonABŞ dolları ayırıb.
"Report” xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin mayın 19-da yaydığı məlumatda göstərilib.
Qeyd olunub ki, ümumi məbləğdən3 milyonABŞ dolları tibbi yardım, laboratoriya sistemlərinin hazırlanması, xəstələnmə hallarının aşkarlanması və epidemik nəzarətinin intensivləşdirilməsi, texniki mütəxəssislərin vaxtında reakasiya verməsi və hazıqlığı üçün dəstək, risklər barədə məlumatlandırmaya dəstək və s. üçün ayrılıb. Qalan565 minABŞ dolları isə pandemiya zamanı aztəminatlı əhaliyə humanitar yardım məqsədi daşıyır.
Daha əvvəl bildirilirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) COVID-19 virusunun yayılması ilə mübarizə üçün Azərbaycana tibbi yardım şəklində1,7 milyonABŞ dollarıayırdığıbildirilmişdi.
Son 20 ildə ABŞ Azərbaycana890 milyon ABŞ dollarından çox, o cümlədən səhiyyə sahəsinə, təqribən,41 milyonABŞ dollarından çox sərmayə qoyub.
Ümumiyyətlə, koronavirusun yayılmasından bəri ABŞ hökuməti ümumilikdə dünyanın müxtəlif ölkələrinə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına təcili tibbi, humanitar və iqtisadi yardım məqsədi ilə900 milyonABŞ dollarından çox vəsait ayırıb.
banner

Oxşar Xəbərlər