• çərşənbə, 24 Aprel, 08:44
  • Baku Bakı 13°C

ABŞ Cənubi Koreya ilə danışıqların tez başlanılmasını istəyir

21.08.19 13:15 5288
ABŞ Cənubi Koreya ilə danışıqların tez başlanılmasını istəyir
ABŞ özünün Cənubi Koreyadakı hərbi kontingentinin saxlanılması xərclərinə dair danışıqların mümkün qədər tez başlanılmasını istəyir.
AZƏRTACYonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ-ın müdafiə xərcləri üzrə danışıqlarına məsul olan Timoti Bets Cənubi koreyalı həmkarları ilə qapalı görüşdə ölkəsinin bu istəyini dilə gətirib.
Cənubi Koreya tərəfi danışıqların yeni mərhələsinin dəqiq vaxtı və yeri barədə razılaşmanın olmasına dair məlumat vermir.
Qeyd edək ki, rəsmi Vaşinqton Cənubi Koreyadan bu ölkədəki 28 min 500 nəfər şəxsi heyəti olan Amerika qoşunlarının saxlanmasına daha çox vəsait ayırmasını istəyir. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaitin imkanlar daxilində və ədalətli şəkildə çoxalda biləcəyini bəyan edib. Cənubi Koreya cari il üçün ABŞ qoşunlarının saxlanmasına 1,04 trilyon Koreya vonu (təxminən 861,8 milyon ABŞ dolları) vəsait ayrılmasına razı olmuşdu ki, bu da əvvəlki illə müqayisədə 8,2 faiz çox olub. Tərəflər növbəti il üçün Cənubi Koreyanın ayıracağı vəsaitinin məbləğinə dair ilin sonunadək razılığa gəlməlidirlər.
ABŞ Prezidenti Donald Tramp avqustun əvvəlində özünün "Tvitter" hesabında məsələyə dair danışıqların başladığını və Şimali Koreyanın təhdidləri fonunda Seulun öz üzərinə düşən xərcləri artırmağa razı olduğunu yazmışdı. Müşahidəçilər bu fikrin danışıqlarda taktiki gediş kimi qiymətləndiriblər.
Ötən ay Cənubi Koreya mətbuatı Vaşinqtonun Seuldan ABŞ qoşunlarının saxlanmasına 5 milyard dollar vəsait ayrılmasını xahiş etməyi qərarlaşdığını yazıb. Bu hazırkı rəqəmdən 5 dəfədən də çoxdur.
banner

Oxşar Xəbərlər