AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ABŞ-Cənubi Koreya birgə yay hərbi təlimləri təxirə salına bilər

ABŞ-Cənubi Koreya birgə yay hərbi təlimləri təxirə salına bilər

Təfsilat
12 İyul 2020, 10:30 223
ABŞ və Cənubi Koreya birgə yay hərbi təlimlərini COVID-19 böhranı ilə əlaqədar təxir sala bilər.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi hər iki tərəfin planlaşdırılan təlimlərin vacibliyini anlasalar da, pandemiya səbəbindən vəziyyətin çox kövrək olduğunu açıqlayıb. "Yay təlimlərinin normal qaydada keçirilməsi əməli olaraq mümkün görünmür", - deyə Müdafiə Nazirliyindəki mənbə açıqlayıb.
Qeyd edək ki, Seul və Vaşinqton adətən ildə 2 dəfə - mart və avqustda əsas birgə hərbi təlimlər keçirirlər. Amma pandemiya səbəbindən bu il yaz təlimləri də təxirə salınıb.