• cümə, 29 Mart, 06:24
  • Baku Bakı 5°C

ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir

18.11.18 12:45 669
ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir
Almaniyanın sabiq kansleriQerhard ŞryoderABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.
"Report” xəbər verir ki, siyasətçinin sözlərini N-TV telekanalı sitat gətirib.
"Biz, bizimlə işğala məruz qalmış ölkə kimi rəftara dözə bilmərik…Amerikasəfirinin hərəkətlərini müşahidə etdikdə, məndə belə bir təəssürat yaranır ki, o özünü Birləşmiş Ştatların suveren dövlətdəki səfirindən çox, işğalçı qoşunların zabiti kimi aparır", - deyə o bildirib.
Keçmiş kanslerin sözlərinə görə,Almaniyayaranmış vəziyyətdə maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.
Bundan əvvəlAngela Merkel siyasətdən gedəcəyi tarixiaçıqlayıb.
banner

Oxşar Xəbərlər