• cümə, 26 Aprel, 20:32
  • Baku Bakı 22°C

ABŞ Ali Məhkəməsi Meksika ilə sərhəddə divarın inşasının dayandırılmasına qarşı çıxıb

01.08.20 09:51 487
ABŞ Ali Məhkəməsi Meksika ilə sərhəddə divarın inşasının dayandırılmasına qarşı çıxıb
ABŞ-ın Ali Məhkəməsi ölkənin Meksika ilə sərhədində divarın inşasına əngəl olmağa çalışan iki qeyri-hökumət təşkilatının iddiasını rədd edib.
APAxəbər verir ki, bu barədə məhkəmənin qərarında qeyd edilib.
Məhkəmə dörd səsə qarşı beş səslə "Sierra Club” və "Southern Border Communities Coalition” təşkilatlarının iddiasını geri çevirib.
Qeyd edək ki, bir neçə gün əvvəl "Hanna” qasırğası ABŞ prezidenti Donald Tramp tərəfindən ABŞ və Meksika arasındakı sərhəddə inşa etdirilən divarın bir hissəsini dağıdıb.
Meksika ilə sərhəddəki divarın inşası Trampın əsas təşəbbüslərindən biridir.
banner

Oxşar Xəbərlər