Abramoviç vəd verdi: 2 il qovulmayacaq

Abramoviç vəd verdi: 2 il qovulmayacaq

İdman
18 İyun 2019, 14:00 264
"Çelsi”nin əfsanəvi futbolçularından olmuş Frank Lempard yenidən kluba qayıda bilər. 
 
Kaspi.az xəbər verir ki, Lempardın bu dəfə "Çelsi”yə baş məşqçi ikimi qayıtmaq şansı var. "Təqaüdçülər”in rəhbərliyi ona 3 illik müqavilə təklif edib. 
 
Üstəlik, Lempardın, "Çelsi”nin sahibi Roman Abramoviçdən vəd aldığı da bildirilir. Abramoviç bildirib ki, nəticədən asılı olmayaraq, Lempard 2 il ərzində postundan qovulmayacaq. 
 
Lempard "Çelsi”də 2004-2011-ci illərdə çıxış edib. O, 211 qol vuraraq, klub tarixinin ən yaxşı bombardiri olub. 
 
"Lempard” hazırda "Derbi”ni çalışdırır.