Abituriyentlərin aqrar ixtisaslara artan marağı
Azərbaycan Dövlət Aqrar Universitetinin qəbul planının ilk
mərhələdə92,12%dolması təkcə bu sahənin prioritet istiqamətə
çevrilməsindən deyil, həmçinin gənclərin sahəyə marağının artmasından xəbər
verir. Kənd Təsərrüfatı Nazirliyinin 2019/2020 tədris ilində ADAU üçün
ayrılmış1485 yerdən1368yerə tələbə qəbul olunması ilə bağlı
məlumatı da faktı təsdiqləyir. Belə ki, bu, ADAU tarixində ən yüksək qəbul
göstəricisidir: "ADAU-da tələbə qəbulu üzrə son ən yüksək göstərici
2018/2019-cu tədris ilində qeydə alınmış, ötən il bu ali təhsil
müəssisəsinə1292tələbə qəbul olmuşdu.Yeni tədris ilində əyani və qiyabi şöbələr üzrə54ixtisas
üzrə qəbul aparılıb. Qəbul imtahanlarının ilk mərhələsində40ixtisas
üzrə qəbul planı tam dolub. Qəbul imtahanlarının ilk mərhələsində ADAU-nun kənd
təsərrüfatı ixtisasları üçün nəzərdə tutulmuş yerlərin mütləq əksəriyyəti dolub
ki, bu da abituriyentlər arasında aqrar ixtisaslara marağın artmasının
göstəricisi sayıla bilər”.
Məlumatda Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin
stimullaşdırılması üçün ötən ildən başlayaraq bir sıra tədbirlərin görüldüyü
qeyd edilir. Aqrar sahəyə aid ixtisasları seçən tələbələrə əlavə təqaüdlərin
şamil edilməsi də bu sıradandır. "Bu ali məktəblərə qəbul imtahanlarında 400
baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə100manat,500baldan
yuxarı toplamış tələbələrə isə200manat əlavə təqaüd verilir. Eyni
zamanda, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər
ay70manat, imtahan sessiyaları zamanı6fəndən maksimum
nəticə göstərmiş tələbələrə isə100manat əlavə təqaüd verilməsi
nəzərdə tutulur”.
Qeyri-neft sektoru kimi, aqrar sahənin inkişafı ölkədə prioritet vəzifə
olduğu bir vaxtda bu sahənin mütəxəssislərinin yetişməsi də təbii ki, vacib
məsələlərdəndir. Ancaq bu gün aqrar sahədə mütəxəssis qıtlığının, uzun illər
kənd təsərrüfatı sahəsinin diqqətdən kənarda saxlanması ilə bağlı olduğunu heç
kim inkar etmir. Nəticədə kənd təsərrüfatının müxtəlif sahələrini inkişaf
etdirmək üçün xarici ölkələrdən mütəxəssislər dəvət olunur. Milli kadrların
yetişməsi üçünsə müəyyən qədər vaxta ehtiyac yaranıb. Nəzərə alsaq ki, kənd təsərrüfatı məhsullarının istehsalına və
emalına dair Strateji Yol Xəritəsiçərçivəsində aqrar sahədə ali təhsilin inkişafı, o cümlədən
məzunların işlə təminatına müvafiq köməkliyin göstərilməsi, «ikili diplom»
proqramlarının tətbiqi və s. nəzərdə tutulub, onda məsələnin dövlət üçün nə
qədər əhəmiyyətli olduğunu görmək olar.Aqrar sahədə kadr çatışmazlığı ilə
bağlı problem isə kifayət qədər ciddidir.
Azərbaycan
Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru,
Əməkdar aqronom, professor Fərman Quliyev kənd
təsərrüfatı sahəsində kadr çatışmazlığı ilə bağlı narahatlığını uzun illərdir
dilə gətirdiyini deyir: "Bu sahəni inkişaf etdirmək üçün mütəxəssislər
olmalıdır. Azərbaycan aqrar ölkəsidir. Ancaq kənd təsərrüfatı sahələri üzrə ali
məktəbləri, fakültələri son illərdə açıblar. Abituriyentlər daha çox hüquq,
gömrük, iqtisadiyyat və s. sahələrə üz tuturlar. Dövlət aqrar sahəni inkişaf
etdirmək üçün hər cür şərait yaradır. Ancaq bu sahə ilə məşğul olan mütəxəssis
tapılmır”. Professor hesab edir ki, aqrar sahə ilə məşğul olmaq üçün müəyyən
güzəştlər olmalı, təbliğat işləri aparılmalıdır ki, gənclər bu sahəyə üz
tutsunlar: " Xüsusən, Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri də
gənclərin bu sahəyə yönəlmələri üçün diqqət göstərməlidirlər”.
F.Quluyev
təəssüflə qeyd edir ki, hazırda ölkədə çayçılığın və subtropik sahənin inkişafı
ilə bağlı Dövlət Proqramı olsa da, bu sahələr üzrə mütəxəssis hazırlanmır:
"Vaxtilə Lənkəranda çayçılıq və sitrus sahələrinin inkişafı üzrə mütəxəssislər,
həmçinin onları hazırlayan texnikum fəaliyyət göstərib. Lənkəranda Subtropik
Bitkilər Texnikumu bu sahələr üzrə layiqli kadrlar yetişdirirdi. Bölgədə sitrus
növləri, çayçılıq və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün şərait
olsa da, kadr çatışmır. Düzdür, hazırda Gəncədə Aqrar Akademiya var. Lənkəran
Universitetində aqrar fakültə fəaliyyət göstərir. Bu sahədə oxumaq istəyən gənclər
üçün də müəyyən təqaüdlər nəzərdə tutulur. Ancaq bütün bunlar indi baş verir.
Həmçinin tələbələrin məşğulluğu üçün də gərək laboratoriyalar, təcrübə sahələri
və s. olsun. Dövlət kənd təsərrüfatının inkişafı üçün pul ayırır, kreditlər
verir, sahibkarlığa dəstək göstərir, aqrolizinqlər, aqroservislər var, amma
mütəxəssis yoxdur”. Professor bildirir ki, kadrın yetişməsi üçün müəyyən vaxt
lazımdır: "Bu addımların nəticəsi özünü beş ildən sonra göstərəcək. Vaxtilə ulu
öndər Heydər Əliyev subtropik sahənin, çayçılığın inkişaf etdirilməsi üçün
mütəxəssisləri Gürcüstana, Rusiyaya təhsil almağa göndərirdi. Demək olar ki,
hər il 10-15 nəfər bu sahələr üzrə xaricdə təhsil alırdı. Bu gün də kadr
hazırlanmasına ciddi diqqət yetirilməlidir. Çünki bu sahənin inkişafı üçün yaxşı
mütəxəssislərə ciddi ehtiyac var”.
Kənd təsərrüfatı üzrə
ekspert Nicat Nəsirli hesab edir ki, problemin kökü əvvəlki illərlə
bağlıdır. Belə ki, biz bu sahədə mütəxəssis yetişdirməmişik: "Kənd təsərrüfatı
torpaqla, bağçılıqla bağlı olduğu üçün bu sahədə oxuyanlar da sonradan işləmək
üçün bu sferanı seçmirlər. Uzun illər hesab edilirdi ki, kənd təsərrüfatı
gəlirlik baxımından perspektivsiz sahədir. Peşə baxımından da kənd təsərrüfatı
sahələrinə azgəlirli sahə kimi yanaşılıb. Ancaq unuduruq ki, qidanın strateji
əhəmiyyəti bütün dünyada artır. İnsan qidasız yaşaya bilməz. Bu qidanı istehsal
edən peşələrin də get-gedə əhəmiyyəti artır. Dünyada trendlər belədir ki, ən nüfuzlu
ixtisaslar, karyeralar məhz qida strategiyası üzərində qurulur. Amma bizdə tam əksinədir”.
Ekspert hesab edir ki, aqrar sahəyə münasibətdə get-gedə tendensiya
dəyişməkdədir. Yəni ictimai rəydə, yanaşmalarda köklü dəyişikliklər hiss olunur:
"Əgər bir neçə il əvvəl kənd təsərrüfatı ölkədə hörmətdən düşmüş bir sahə hesab
olunurdusa, bu gün tədricən məsələnin aktuallığı artır».
Ekspertin fikrincə,
aqrar sahə üzrə təhsil alan tələbələrin xarici təcrübəni öyrənməsi isə
mütləqdir: "Müasir texnologiyalarla bağlı bilikləri, elmi yeniliklərin hamısını
universitet tələbəyə verə bilmir. Ona görə, tələbə mütləq təcrübə mübadiləsi
keçməlidir ki, ölkənin əmək bazarında rəqabətə davam gətirə bilsin. Digər
tərəfdən, bizim milli sahibkarlıq sistemi kadr seçimində birmənalı olaraq yerli
kadrlara üstünlük verməlidir. Xüsusən sənayeləşmiş istiqamətdə yerli kadrlara
inamsızlığı və onların əməyinə lazımlı qiymətin verilmədiyini görürük. Bu da
məsələyə çox ciddi təsir göstərir. Dünyada yeni trend daşıyan aqrar ixtisaslar,
biotexnologiyaların, innovasiyaların tətbiqi, seleksiya elmi ilə bağlı olanlar
həm aqrar, həm də tədris universitetlərinin təhsil proqramına salınmalıdır.
Çünki bunlar gələcəyə ünvanlanan peşələr sayılır. Amma bizim ixtisaslar
qrupunda azlıq təşkil edir. Bu da gələcəkdə bizim kadrların əmək bazarında
rəqabətə davam gətirə bilməməyini göstərir. Ümumilikdə bu, qlobal mənada bizim
cəmiyyətin problemidir”. Ekspert bildirir ki, aqrar bazada kadr potensialımızın
zəif olması faktdır. Belə ki, Strateji Yol Xəritəsində də kənd təsərrüfatı
sahəsinin inkişafı hədəf olaraq qoyulub: "Eyni zamanda da, dövlət
proqramlarında bu məsələ yer alıb. Xüsusən aqrar sahə regionlarda işləyən milli
kadrların hesabına zənginləşdirilsin. Aqrar sahənin inkişafı isə yaxşı milli
kadrların hazırlanmasından çox asılıdır”.
Təranə Məhərrəmova