• çərşənbə axşamı, 19 mart, 13:28
  • Baku Bakı 8°C

ABB: Müddəti başa çatan bütün pensiya kartlarından istifadə vaxtı uzadılır

26.03.20 15:04 935
ABB: Müddəti başa çatan bütün pensiya kartlarından istifadə vaxtı uzadılır
Ölkədə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı (ABB) pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün "Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır.
Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərti ilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları nağdsız ödənişlər üçün də keçərlidir. Bu kartlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının POS terminallarında məhsul və xidmətlərin dəyərini nağdsız ödəmək olar.
banner

Oxşar Xəbərlər