• cümə, 29 Mart, 08:56
  • Baku Bakı 5°C

“ABAD” 3 yaşını qeyd edir

23.09.19 11:51 588
“ABAD” 3 yaşını qeyd edir
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan "ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquq şəxs bu gün 3 yaşını qeyd edir.
Kaspi.az bildirir ki, "ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
"ABAD” həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, daşınma, logistika və ən əsası satışın təşkili kimi təmannasız xidmətlər göstərir.
"ABAD” tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Layihə çərçivəsində istehsal olunmuş məhsulların üzərində istehsalçı ailənin adı ilə yanaşı, məhsulun "ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir.
"ABAD” pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təssərüfatçı ailə ilə başlayıb. Hazırda Azərbaycanın 39 bölgəsindən 394 ABADçı - mikro, kiçik və orta sahibkar "ABAD”ın dəstək proqramına qoşulub. Yaradılan 40-a yaxın qida brendi ölkənin ən iri hipermarketlərində yerləşən "ABAD” Bakaleyalarında təqdim edilir. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri isə "ABAD” etno-butiklərində satışa çıxarılır.
Bu ilin sonundadək Tovuz "ABAD” Factory (Bitkilərin Emalı və Qurudulması Fabriki), Qubada qablaşdırma müəssəsi, yeni "ABAD” Məktəbi və Nardaran "ABAD” Keramika və Dekorativ-Tətbiqi Xalq Sənətkarlığı Mərkəzi açılışı nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər