AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AB Ermənistanı seçki qanunvericiliyini dəyişdirməyə çağırıb

AB Ermənistanı seçki qanunvericiliyini dəyişdirməyə çağırıb

Siyasət
20 Fevral 2013, 13:11 1376
Avropa Birliyi Ermənistan hakimiyyətini ATƏT-in Demokratik Təsisatlar və insan Haqları Bürosunun tövsiyələrinə uyğun olaraq seçki qanunvericiliyinə dəyişiklik etməyə çağırıb. APA-nın xəbərinə görə, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və AB-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin birgə bəyanatında bildirilir.

K. Eşton və Ş. Füle beynəlxalq müşahidəçilərin ilkin rəyləri ilə tanış olduqlarını qeyd edərək Ermənistan hakimiyyətinin əldə etdiyi tərəqqini alqışlayıblar. Lakin onların fikrincə, dövlət qulluqçularının tərəfsiz olmaması, inzibati resurslardan sui-istifadə halları, seçicilərə təzyiq kimi problemlər qalır.