• cümə, 29 Mart, 05:34
  • Baku Bakı 7°C

Ağ Ev rəsmisi: ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir

17.08.17 11:19 929
Ağ Ev rəsmisi: ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir

ABŞÇinlə "iqtisadi müharibə” vəziyyətindədir.
APA-nın "RT”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri Stiven Bennon bəyan edib.
"Biz Çinlə "iqtisadi müharibə” vəziyyətindəyik. İkimizdən birimiz 25 və yaxud 30 ildən sonra heqemon dövlətə çevriləcək. Biz bu yolda ilişib qalsaq, heqemonluq onlara nəsib olacaq. Məğlub olmağa davam etsək 5-10 ildən sonra bərpası mümkün olmayan həddə çatacağıq”, deyə S.Bennon qeyd edib.
Avqustun 14-də prezident Donald Tramp Çinin ABŞ-ın intellektual mülkiyyətini mənimsəyib-mənimsəmədiyinə dair təhqiqat aparılması barədə sərəncam verib. Çin, öz növbəsində, rəsmi Vaşinqtonu cavab tədbirləri görəcəyi ilə hədələyib.

banner

Oxşar Xəbərlər